Muğanlı - İsmayıllı yolunda sürüşmə davam edir - VİDEO

Muğanlı - İsmayıllı yolunda sürüşmə davam edir - VİDEO

Hazırda oxunan: Muğanlı - İsmayıllı yolunda sürüşmə davam edir - VİDEO

144194

Muğanlı - İsmayıllı yolunda sürüşmə sahəsi aktivliyini qoruyur.

Bizim.Media xəbər verir ki, bir-neçə  gün əvvəl axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda çökmə baş vermişdi. Köməkçi yolda qeydə alınmış bu hadisə onu göstərir ki, əsas yol üçün də bənzər risk var.

Mövzu ilə bağlı danışan layihə rəhbəri Zahir Həsənov deyir ki, yolu sürüşmə təhlükəsindən qorumaq üçün xüsusi metodlar tətbiq edilir. 

Qeyd edək ki, Muğanlı - İsmayıllı - Qəbələ yolu II texniki dərəcəyə uyğun qurulur. Uzunluğu 9.7 km qısaldılaraq 76.8 km təşkil edəcək.

Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Təmir-tikinti işlərinin tam olaraq 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO