Yenidən SMS icazələr gəlir - İki gün sonra hansı qərarlar veriləcək?

Yenidən SMS icazələr gəlir - İki gün sonra hansı qərarlar veriləcək?

Hazırda oxunan: Yenidən SMS icazələr gəlir - İki gün sonra hansı qərarlar veriləcək?

14411

Son günlər Azərbaycanda koronovirus infeksiyasına yoluxmada artım müşahidə olunur. Son bir gündə virusa yoluxanların sayı 500-ü keçib, 7 nəfər dünyasını dəyişib. Aktiv xəstə sayında əvvəlki günlərlə müqayisədə artım var. Yoluxmanın artması karantin rejimin sərtləşməsi məsələsini gündəmə gətirib. 

Sosial mediada martın 15-dən etibarən SMS icazə sistemi, ictimai nəqliyyatın qadağası, iaşə müəssisələrinin qapadılması və s. barədə qərarların tətbiq olunacağı barədə xəbərlər dolaşır.

Rəsmi qərar isə martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın ictimaiyyət üçün kecirəcəyi brifinqdə açıqlanacaq. Əslində Nazirlər Kabineti 2 gün sonra brifinq keçirib-keçirməyəcəkləri barədə məlumat da açıqlamayıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Deputat bayramda tətbiq ediləcək qapanmalara ETİRAZ etdi


Müşahidələr göstərir ki, xüsusilə millət vəkilləri, həkim və ziyalılar olmaqla, əhali karantin rejiminin sərtləşməsi ilə bağlı qərarları müsbət qarşılamır. 

Mütəxəssislərin fikrincə, hazırda Azərbaycanda vaksinasiya prosesinin davam etməsi və növbəti aylarda daha da gücləndirilməsi fonunda yenidən qapanmalara getmək məqsədəuyğun hesab edilmir. Sürətli olmasa da, virusa qarşı immunitet formalaşır. 

Bəziləri isə hesab edir ki, gündəlik yoluxma 500 nəfəri keçibsə, bu epidemioloji vəziyyətin pisləşməsi və sərt karantinin tətbiq olunmasına işarədir.

İstənilən halda formalaşan ictimai rəyə görə qeyri-iş günlərində küçəyə çıxmaq bu və ya digər formada məhdudlaşdırılacaq. Rəsmi qurumlar sosial mediada dolaşan bu kimi məlumatları nə təsdiq, nə də təkzib edir. Hər halda gözlər martın 13-nə dikilib. 

 

Hazırkı dövrədək ölkəmizdə 237 min 775 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 116 nəfər müalicə olunaraq sağalıb, 3257 nəfər vəfat edib. Aktiv xəstə sayı 4402 nəfərdir.


Ölkədə pandemiya mövcud olandan bu günədək 2 milyon 671 min 613 test aparılıb. Ötən günkü test sayı isə 8462 olub. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO