​​​​​​​Şəhid ailələri və qazilər SUQOVUŞANDA – FOTO

​​​​​​​Şəhid ailələri və qazilər SUQOVUŞANDA – FOTO

Hazırda oxunan: ​​​​​​​Şəhid ailələri və qazilər SUQOVUŞANDA – FOTO

144029

Bir qrup şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi Talış və Suqovuşan kəndlərinə səfər edib. Səfər iştirakçıları ərazinin təbiəti, coğrafi relyefi və burada görülmüş tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfərdə əsasən sözügedən ərazilərin işğaldan azad edilməsi hərbi əməliyyatlarında ağır döyüş yolu keçmiş əlahiddə kəşfiyyat taborunun tərkibində sağlamlığını itirmiş döyüşçülər və taborun şəhid döyüşçülərinin ailə üzvləri iştirak edib.

Qeyd edək ki, tədbir şəhid Xalid Hassanın anası Maya Quliyevanın təşəbbüsü və prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi dəstəyi ilə təşkil olunub. 

Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO