Tərtərdə sel səbəbindən köməksiz qalan şəxslər XİLAS EDİLDİ – ANBAAN VİDEO  

Tərtərdə sel səbəbindən köməksiz qalan şəxslər XİLAS EDİLDİ – ANBAAN VİDEO  

Hazırda oxunan: Tərtərdə sel səbəbindən köməksiz qalan şəxslər XİLAS EDİLDİ – ANBAAN VİDEO  

144025

Ölkə ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Tərtər rayonunun Dəmirçi kəndinə sel gəlməsi nəticəsində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. 

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 1958-ci il təvəllüdlü Yusif Qarayev və 1960-cı il təvəllüdlü Müşkünaz Qarayeva xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunublar.  

Bundan əlavə, Goranboy rayonun Azad kəndinə sel gəlməsi nəticəsində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması ilə əlaqədar FHN-in Aran Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.  
Hazırda yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO