Vətən müharibəsi iştirakçısı ürəktutmadan dünyasını dəyişib - FOTO

Vətən müharibəsi iştirakçısı ürəktutmadan dünyasını dəyişib - FOTO

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı ürəktutmadan dünyasını dəyişib - FOTO

143899

Vətən müharibəsi iştirakçısı, mayor Nağıyev Rövşən Mərdan oğlu vəfat edib.

Bizim.Media xəbər verir ki, ehtiyatda olan zabit bu gün Bakı şəhərində qəfil ürəktutmadan dünyasını dəyişib.

Ordubad rayonunun Dəstə kəndinin fəxri Fizuli rayonun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. İgidimiz avtomatla düşmənin maşınını və içindəki 8 nəfəri darmadağın edib. O, əlindən yaralı ola ola döyüşə davam edib.  

Horadiz, Piriəhmədli,  Seyidəhmədli və bir çox ərazilərin alınmasında qəhrəmancasına iştirak edib. 

Qeyd edək ki, Rövşən Nağıyev Xocavəndin, Füzulinin, Cəbrayılın, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO