Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması ilə bağlı araşdırma BAŞLADI – Baş Prokurorluq

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması ilə bağlı araşdırma BAŞLADI – Baş Prokurorluq

Hazırda oxunan: Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması ilə bağlı araşdırma BAŞLADI – Baş Prokurorluq

143879

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma başlayıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda çoxmərtəbəli yaşayış binasının lifti QIRILIB - Xəsarət alanlar var


Qeyd edək ki, hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Prokurorluqdan bildirilib ki, həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi  təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO