MEDİA Fransada jurnalistlərimizə hücumla bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ

MEDİA Fransada jurnalistlərimizə hücumla bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: MEDİA Fransada jurnalistlərimizə hücumla bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ

143816

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının 2023-ci il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir: 

"Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıb, çəkiliş kameraları əllərindən alınıb və silahla hədələniblər. 

AZTV əməkdaşlarının peşə borclarını yerinə yetirərkən nalayiq rəftara məruz qalmaları ümumilikdə azad söz və ifadə azadlığına, sərbəst jurnalistikaya qarşı təzyiqin bariz nümunəsi, jurnalistlərin informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır. 
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi peşə fəaliyyətini yerinə yetirən media təmsilçilərinə qarşı törədilmiş hücumu ciddi şəkildə qınayaraq Fransa hakimiyyəti və aidiyyəti qurumları insidentə hüquqi qiymət verməyə, bu əməli törədənləri müəyyən edərək məsuliyyətə cəlb etməyə çağırır. 

Agentlik eyni zamanda, beynəlxalq jurnalist təşkilatları və media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış qurumları məsələni diqqətdə saxlamağa və hadisə ilə bağlı hüquqi ölçü götürülməsi istiqamətində həmrəylik nümayiş etdirməyə səsləyir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO