Narkotikin təsiri altında avtomobil idarə edən 6 sürücü SAXLANILDI - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən 6 sürücü SAXLANILDI - FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən 6 sürücü SAXLANILDI - FOTO

143780

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, aparılan tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 6 sürücü müəyyən edilib.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan biri 15 sutka inzibati həbs edilib, qalanları isə 400 manat miqdarında cərimə olunub.

Bundan əlavə, son 10 gün ərzində yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarına riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən monitorinqlər zamanı müvafiq sənədləri olmadan avtomobil idarə edən 64, sərxoş vəziyyətdə idarə edən 27, sərnişin daşıma qaydalarını pozan 24 sürücü də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO