Cəlilabadda bələdiyyəyə məxsus sahədə yanğın olub

Cəlilabadda bələdiyyəyə məxsus sahədə yanğın olub

Hazırda oxunan: Cəlilabadda bələdiyyəyə məxsus sahədə yanğın olub

143720

Cəlilabad rayonunda güclü yanğın baş verib.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Ağdaş kəndində bələdiyyəyə aid ərazidə qeydə alınıb.

Yanğın güclü olduğundan əraziyə Cəlilabad rayon yanğından mühafizə hissəsindən 3 avtomobil və Masallı rayon yanğından mühafizə hissəsindən 1 avtomobil cəlb olunub.

Yanğın nəticəsində 30 hektar biçilmiş taxıl sahəsi və 30 hektar sahədə quru ot, kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.  

Faktla bağlı araşdırma aparılır.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO