“Şəhərdən kəndə” layihəsinin qalibləri bu dəfə Qəbələ və Şəkidə  - FOTO

“Şəhərdən kəndə” layihəsinin qalibləri bu dəfə Qəbələ və Şəkidə  - FOTO

Hazırda oxunan: “Şəhərdən kəndə” layihəsinin qalibləri bu dəfə Qəbələ və Şəkidə  - FOTO

143681

Kənd Təsərrüfatı Nazirliyinin uğurlu layihələrindən olan “Şəhərdən kəndə”nin bu dəfəki iştirakçıları Qəbələ və Şəkidə olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, layihə çərçivəsində "Şəhərdən kəndə" müsabiqəsi keçirilib və qaliblər layihəyə qoşulan "Tofiqoğlu bal" və "Biogarden" təsərrüfatlarına təşkil edilən turda iştirak ediblər. 

Tur iştirakçılarına arıçılıq, bağçılıq və heyvandarlıq barədə ətraflı məlumat verilib, fermerlər tərəfindən turistlərin sualları cavablandırılıb. 

Həmçinin turistlər təbii kənd məhsullarından hazırlanan səhər yeməyinə və nahara qonaq olublar. 

Bununla yanaşı tura qatılan müsabiqə qalibləri Şəki və Qəbələnin tarixi məkanlarına da baş çəkib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO