Qarabağda məhv edilən 5 terrorçudan ikisi Ermənistan hərbçisidir

Qarabağda məhv edilən 5 terrorçudan ikisi Ermənistan hərbçisidir

Hazırda oxunan: Qarabağda məhv edilən 5 terrorçudan ikisi Ermənistan hərbçisidir

143674

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qarabağda daha 5 erməni terrorçusu məhv edilib. Caliber.az-ın əldə informasiyaya görə, onlardan ikisi Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir.

Bizim.Media xəbər verir ki, bölgədə müvəqqəti dislokasiya edilən rus sülhməramlıları hazırda onların cəsədlərinin Ermənistana təxliyəsi məsələsini Azərbaycan tərəfi ilə razılaşdırmağa çalışır.

Xatırladaq ki, İrəvan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin guya Azərbaycan ərazisindən tamamilə çıxarıldığını iddia edir. 

Mövcud vəziyyət açıq şəkildə göstərir ki, Ermənistan qeyri-qanuni silahlı birləşmələrə (“müdafiə ordusu” adlanan qurum) nəinki maliyyə dəstəyini davam etdirir, hətta Ermənistan Silahlı Qüvvələrinin hərbçilərini də ərazimizdən tam çıxarmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO