Qarabağda 5 separatçı məhv edilib - Hərbi ekspert 

Qarabağda 5 separatçı məhv edilib - Hərbi ekspert 

Hazırda oxunan: Qarabağda 5 separatçı məhv edilib - Hərbi ekspert 

143633

Azərbaycanda Qurban bayramının qeyd olunmasına və Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinin mövqeyini atəşə tutublar. Nəticədə məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanıb. 

Bizim.Media xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz Facebook hesabında yazıb.

Onun szölərinə görə, Azərbaycan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilib:

"Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilH edilməsi labüddir. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcək".

Qeyd edək ki, ermənilərə məxsus Teleqram kanalları isə Xocavənd və Ağdərə istiqamətində 4 separatçının (Armo Abqaryan, Samvel Torosyan, Ervand Tadevosyan və Qaqik Balayan) məhv edildiyi yazıb.

Xatırladaq ki, iyunun 27-də saat 20:05-də Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələri Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən ordumuzun mövqelərini atəşə tutub. Atışma nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO