Qala qəsəbəsində 39 yaşlı kişini öldürən şəxs TUTULDU

Qala qəsəbəsində 39 yaşlı kişini öldürən şəxs TUTULDU

Hazırda oxunan: Qala qəsəbəsində 39 yaşlı kişini öldürən şəxs TUTULDU

143624

İyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yerləşən iaşə obyektlərindən birində 1984-cü il təvəllüdlü Zaur Nəmətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xəzər rayon prokurorluğu yayıb.

Aparılan araşdırmalarla 1995-ci il təvəllüdlü Akif Məcidovun aralarında yaranmış mübahisə zamanı Zaur Nəmətova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Akif Məcidov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO