Bərdədə uçqunun altında qalan şəxslər belə XİLAS EDİLDİ – VİDEO  

Bərdədə uçqunun altında qalan şəxslər belə XİLAS EDİLDİ – VİDEO  

Hazırda oxunan: Bərdədə uçqunun altında qalan şəxslər belə XİLAS EDİLDİ – VİDEO  

143493

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Səttarxan küçəsində birmərtəbəli yaşayış evində baş verən uçqun nəticəsində vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, birmərtəbəli dördotaqlı fərdi yaşayış evinin bir otağının tavanının uçması nəticəsində 1929-cu il təvəllüdlü Mirzəyev İbrahim İsmayıl oğlu və 1940-cı il təvəllüdlü Mirzəyeva Arəstə Cəlal qızı uçqun altında qalıblar. 
FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar İ.Mirzəyev və A.Mirzəyeva xilas ediliblər. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO