Sumqayıtda baş vermiş cinayətlə bağlı prokurorluğun MƏLUMATI 

Sumqayıtda baş vermiş cinayətlə bağlı prokurorluğun MƏLUMATI 

Hazırda oxunan: Sumqayıtda baş vermiş cinayətlə bağlı prokurorluğun MƏLUMATI 

143438

İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.  

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında qeyd edilib. 

Bildirilib ki, aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.  
Hazırda istintaq tədbirləri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO