4 gündür itkin düşən gəncin meyiti tapıldı

4 gündür itkin düşən gəncin meyiti tapıldı

Hazırda oxunan: 4 gündür itkin düşən gəncin meyiti tapıldı

143423

Göygöl rayonunda iyunun 22-də itkin düşən 17 yaşlı oğlanın meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov dağlıq ərazidə mal-qara otaran zaman itkin düşüb və onun yaxınları Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Z. İsmayılovun tapılması üçün polis şöbəsinin əməkdaşları onun itkin düşdüyü əraziyə cəlb olunub və axtarışlara başlanılıb.

Gəncin mal qara otardığı ərazinin yaxınlığında təbii və lilli gölməçələr olduğundan onun ora düşərək batdığı ehtimalı olunub.

Həmin əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şəmkir” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub. Aparılan axtarışlardan sonra 17 yaşlı gəncin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.

Məqsəd Rəhimov, Bizm.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO