Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim EDİLDİ – FOTO  

Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim EDİLDİ – FOTO  

Hazırda oxunan: Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim EDİLDİ – FOTO  

143396

İyunun 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin Sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib. 
Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb. 

Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər. 










Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO