Naxçıvanda qəzada ölənlərin sayı ARTDI – ADLAR  

Naxçıvanda qəzada ölənlərin sayı ARTDI – ADLAR  

Hazırda oxunan: Naxçıvanda qəzada ölənlərin sayı ARTDI – ADLAR  

143370

Naxçıvanın Kəngərli rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb. Xəsarət alan 4 nəfərin vəziyyəti isə ağır olaraq qalır. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, baş verən qəza zamanı ölən 6 nəfərdən 5-nin kimliyi məlum olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölənlər və yaralılar var - FOTO 


Ölən şəxslər aşağıdakılardır: 

1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rövşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu. 

Qeyd edək ki, gecə saatlarında Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib. Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı avtomobil toqquşub. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir. 
Hadisə yerinə hüquq mühafizə orqanlari və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər. 

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO