Qobu qəsəbəsində arvadını və körpəsini öldürən şəxslə bağlı qərar çıxarıldı

Qobu qəsəbəsində arvadını və körpəsini öldürən şəxslə bağlı qərar çıxarıldı

Hazırda oxunan: Qobu qəsəbəsində arvadını və körpəsini öldürən şəxslə bağlı qərar çıxarıldı

143235

Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edilib ki, hazırda F.Hüseynlinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO