Şəkidə doludan zərər görənlərə ilk yardımlar çatdırıldı - FOTO

Şəkidə doludan zərər görənlərə ilk yardımlar çatdırıldı - FOTO

Hazırda oxunan: Şəkidə doludan zərər görənlərə ilk yardımlar çatdırıldı - FOTO

143211

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Şəkinin Daşüz kəndinə yağan dolu nəticəsində kənddə ciddi fəsadlar yaranmışdı. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının üzvləri kənddə doludan zərər görən evlərin hamısına baxış keçirib. Artıq Daşüz kəndində doludan zərər görənlərə tikinti materialları - dam örtükləri gətirilib.  

Kənd sakini Nazilə Qarayeva əlində əsa dəmir örtüklərin boşaldıldığı məkana gələrək  yardım gətirənlərə minnətdarlıq edib.

Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Cagangir Nəbiyev bildirib ki, təbii fəlakət baş verən saatlardan sakinlərin qayğıları ilə maraqlanıblar. Havaların qeyri-sabit keçdiyini nəzərə alaraq ilkin mərhələdə daha çox ehtiyacı olanlara politelin ortüklər paylanılıb. İndi isə Fövqəladə Hallar Nazirliyi vasitəsi ilə dəmir örtüklər gətirilib. 

Komissiya üzvü qeyd edib ki, dəymiş ziyanların müəyyənləşməsi üçün 170 evə baxış keçirilib, o cümlədən Fövqəladə Hallar Nazirliyinə müraciətləri əsasında onların mütəxəssislərindən ibarət komissiya gələrək təkrar baxış keçirib,  yerdə müayinələr aparıb və müvafiq akt tərtib olunaraq mərkəzi icra orqanına göndərilib. 

Cahangir Nəbiyev birinci yük maşınında 4167 kv.metr, yaxud 600 ədəd dəmir vərəqın boçaldıldığını bildirib. Diqqətə çatdırıb ki, komissiya üzvləri  hazırda hadisə yerindədirlər.

Əhalinin evlərinə təkrar baxış keçirməklə həmin inşaat materiallarının aktla təhvil verilməsi həyata keçiriləcək.

Fövqəladə Hallar Komissiyasının üzvü onu da vurğulayıb ki, dam örtüklərinin gətirilməsi növbəti günlərdə də davam etdiriləcək.  

Beləcə kənddə zərər görən bütün sakinlərin evlərinin dam örtüyünün dəyişdirilməsi planlaşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO