Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib - FOTO 

Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib - FOTO 

Hazırda oxunan: Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib - FOTO 

143148

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin planına əsasən, qoşun növlərinin, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin N hərbi hissəsində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, hərbi hissənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının xidməti sənədləri üzrə təkmilləşdirmə məşğələləri təşkil olunub. 
Toplanışın keçirilməsində əsas məqsəd yanğından mühafizə komandalarının rəislərinin bilik səviyyəsini artırmaq, hərbi obyeklərdə baş verə biləcək hər hansı yanğına qarşı praktiki vərdişləri aşılamaqdır. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO