İyun ayının 15-də intensiv yağışların gətirdiyi güclü sel Quba rayonunun Xınalıq İnzibati Ərazi Dairəsinin Bostankeş kəndində yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.
Bu barədə kənd sakinləri adından Kamal Nadirov Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, güclü selin gətirdiyi iri daş və qaya parçaları kənddaxili yollardan tam təmizlənməyib, daşla dolu arxın güclü sel yenidən gələrsə, daşaraq ən azı 3 evə təhlükə yaradacağı şübhəsizdir. Bostankeş kənd sakinləri havaların qeyri-sabit keçdiyi bu günlərdə hər an güclü yağışlar nəticəsində kənddə yaşayış evlərinə ciddi ziyan dəyəcəyini deyirlər. Onlar rayon və mərkəzi qurumlara teleqram vuraraq tədbir görülməsinin vacibliyini bildiriblər.
Məsələ ilə bağlı Qubadakı 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya açıqlama verdi ki, iyunun 16-da güçlü seldən sonra bağlanmış Xınalıq yolunun açılması təmin edilib, Bostankeş kəndinə gedən yol də təmizlənib.
Quba İH-də fəaliyyət göstərən FHK-dan da analoji cavab verildi. Komissiyanın sədri Tariyel İbrahimovun məlumatına görə, selin fəsadını aradan qaldırmaq üçün ərazidə lazımi işlər görülüb. Onun sözlərinə görə, rayondakı 2 yo lidarəsinin texnikası Xınalıq yolu və Bostankeş yolunda işləyib.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 24.06.2023
Bostankeşin keşməkeşli yollarının problemi niyə həll olunmur? - FOTO
Hazırda oxunan: Bostankeşin keşməkeşli yollarının problemi niyə həll olunmur? - FOTO
Hazırda oxunan: Bostankeşin keşməkeşli yollarının problemi niyə həll olunmur? - FOTO
143099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.