Mingəçevirdə zirzəmiyə düşən qadın xilas EDİLDİ - VİDEO 

Mingəçevirdə zirzəmiyə düşən qadın xilas EDİLDİ - VİDEO 

Hazırda oxunan: Mingəçevirdə zirzəmiyə düşən qadın xilas EDİLDİ - VİDEO 

143045

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində bir nəfər yaşlı qadının təmirdə olan birmərtəbəli obyektin zirzəmisinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri hadisə yerinə cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1951-ci il təvəllüdlü R.Osmanova dərinliyi 2 metr olan zirzəmidə köməksiz vəziyyətə qalıb. 

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə vətəndaşı zirzəmidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO