Xəbər verdiyimiz kimi, iyunun 17-də Şəkinin Daşüz kəndinə yağan dolu nəticəsində 210-dan artıq evin damına ciddi zərər dəyib.
Bizim.Media-nın yerli bürosu Şəki rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, təbii fəlakətlə bağlı xüsusi komissiya araşdırmalar aparıb.
Kənddə hər bir evə baxış keçirilib və dəyən zərər ilkin olaraq müəyyənləşdirilib. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yerli qurumları da kənddəki vəziyyətlə tanış olub.
Bu gün kənd sakinləri ilə komissiya üzvlərinin görüşü keçirilib. Rayon icra hakimiyyəti tərəfindən baş verə biləcək yağışlardan müvəqqəti qorunmaq üçün sakinlərə 1800 kvadratmetr politelin örtüklər verilib. Komissiya üzvlərinin və yerli orqanların iştirakı ilə politelin örtüklər sakinlərə paylanılıb.
Sabah isə Bakıdan Daşüz kəndinə tikinti materiallarının ilkin hissəsi göndəriləcək. Belə ki, komissiyanın rəyinə uyğun olaraq, gətirilən dəmir örtüklər daha ciddi zərər görən damların yenilənməsində istifadə ediləcək.
Komissiyadan o da bildirilib ki, dam örtüklərinin gətirilməsi növbəti günlərdə də davam etdiriləcək. Kənddə zərər görən bütün sakinlərin evlərinin dam örtüyünün dəyişdirilməsi planlaşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:39 / 23.06.2023
Şəkinin Daşüz kəndində doludan zərər görənlərə yardımlar EDİLƏCƏK - FOTO
Hazırda oxunan: Şəkinin Daşüz kəndində doludan zərər görənlərə yardımlar EDİLƏCƏK - FOTO
Hazırda oxunan: Şəkinin Daşüz kəndində doludan zərər görənlərə yardımlar EDİLƏCƏK - FOTO
143022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.