Bir neçə gün öncə ermənilərin növbəti təxribatı nəticəsində bağlanan "Laçın" sərhəd-keçid məntəqəsinin girişində beton barrikadalar qurulub.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə Azərbaycan sərhədçilərinin Laçın yolunda beton hasarlar çəkdiyi, Rusiya sülhməramlılarının isə prosesi izləmək üçün toplaşdığı əks olunub.
Qeyd edək ki, 15 iyun 2023-cü il tarixdə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media