İctimai nəqliyyatda qiymət artıb? - RƏSMİ XƏBƏRDARLIQ

İctimai nəqliyyatda qiymət artıb? - RƏSMİ XƏBƏRDARLIQ

Hazırda oxunan: İctimai nəqliyyatda qiymət artıb? - RƏSMİ XƏBƏRDARLIQ

14288

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edib.

Bizim.Media-ya DANX-dan verilən məlumata görə, ictimai nəqliyyatda süni qiymət artımına yol verildiyi halda daşıyıcı şirkətlərə qarşı xidmət tərəfindən sərt tədbirlər görüləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizimi tətbiq olunacaq - RƏSMİ


Qeyd olunub ki, vətəndaşlar paytaxt istisna olmaqla respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdıqları zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi" ilə əlaqə saxlaya bilərlər:

"Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96%-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb.

Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO