İsti yay günlərində fəvvarələrimiz niyə suya HƏSRƏT QALIB? – RƏSMİ AÇIQLAMA/FOTO

İsti yay günlərində fəvvarələrimiz niyə suya HƏSRƏT QALIB? – RƏSMİ AÇIQLAMA/FOTO

Hazırda oxunan: İsti yay günlərində fəvvarələrimiz niyə suya HƏSRƏT QALIB? – RƏSMİ AÇIQLAMA/FOTO

142711

Paytaxt Bakının infrastrukturu günü-gündən inkişaf edir, yeni parklar açılır, mövcudları isə daha da müasirləşdirilir. Və qızmar yay günlərində sərinləmək üçün əksər paytaxt sakinləri həmin parklara üz tuturlar. 

Buna baxmayaraq, hələ də parklarda insanların rahat istirahətinə mane olan hallara rast gəlinir.

Xüsusən də, bir çox fəvvarələrin işləməməsini problem kimi qeyd edə bilərik. Əksər parklarda isə fəvvarələr qrafiklə işləyir və təəssüflər olsun ki, günorta saatlarında, temperaturun daha yüksək olduğu vaxtda bu problem yaşanır.

Şəhər sakinləri əsasən Hüseyn Cavid, Qış parkı və digər parklarda həmin problemlə rastlaşdıqlarını bildirirlər.

Bəs bu fəvvarələrin işləməməyinin səbəbi nədir? 

Problemlə əlaqədar Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq, bildirilib ki, qurumun balansında 47 fontan var və onların hamısı mövcud texniki xidmət göstərilməklə işlək vəziyyətdədir:  
 

MÖVZU İLƏ BAĞLI:

''Qu quşları'' yenidən Bakı bulvarını bəzədi - FOTO


“Həmin fəvvarələr mövsüm başlayan gündən xüsusi qrafiklə fəaliyyət göstərir. Fəvvarələr əsasən səhər və axşam saatlarında, bəziləri isə əhalinin sıxlığını nəzərə alaraq günün müxtəlif saatlarında işlədilir”.

Fəvvarələrin fərqli saatlarda işləməsinin səbəbini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimovla əlaqə saxladıq.

Onun sözlərinə görə, Heydər Əliyev parkında yerləşən fəvvarədə təmir işləri aparılır. Digər parklarda, o cümlədən H.Cavid parkında isə fəvvarələr qrafiklə işləyir: 

“Fəvvarələr quraşdırıldığı gündən qrafiklə işləyir, noyabr-aprel aylarında isə konservasiya edilir ki, bu da başqa cür mümkün deyil. Fəvvarələr qrafikə uyğun olaraq, əsasən səhər və axşam işləyir. Hərdən isti olanda günorta da işləyir. 

Ancaq bu bir mexanizmdir. Yəni daimi işləyə bilməz. Onun iş qrafiki var. 2-3  saat işlədikdən sonra saxlayırlar nasos və motorlar soyuyur sonra yenidən qoşulur. Qrafik bu cür şəkildədir. Bəzi fəvvarələr müəyyən qurumların tabeçiliyində olsa da, bizim səlahiyyətimizə daxil olanlar işləyir”.










Röyanə Oğuz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO