Güclü yağış yenə Daşkəsəndə problemlər yaratdı.
Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti yenə çətinliklər yaradıb.
Daşkəsən İH-nin şöbə müdirinin müavini Elmar Əliyevin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq rayon ərazisində güclü yağış çaylarda sellərlə müşahidə olunur.
Güclü, intensiv yağışlar yollarda avtomobillərin hərəkətində maneələr yaradıb. Həmçinin əhalinin təsərrüfat, bağ, əkin sahələrinə ciddi ziyan vurub:
“ Güclü yağış suları Daşkəsən şəhərinin yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.
Yağış sularının güclü axması nəticəsində dağlarda palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir ”, deyə Elmar Əliyev əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:44 / 22.06.2023
Daşkəsəndə güclü YAĞIŞ: Təsərrüfatlara ziyan DƏYDİ
Hazırda oxunan: Daşkəsəndə güclü YAĞIŞ: Təsərrüfatlara ziyan DƏYDİ
Hazırda oxunan: Daşkəsəndə güclü YAĞIŞ: Təsərrüfatlara ziyan DƏYDİ
142678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.