\

\"4 günlük iş rejimininə keçid məsələsini təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz\" – Elnur Əliyev 

Hazırda oxunan: \"4 günlük iş rejimininə keçid məsələsini təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz\" – Elnur Əliyev 

142529

“Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib. Amma bu, ölkədən ölkəyə dəyişir və araşdırmalı mövzudur. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz". 

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev İnsan Resursları Zirvəsində deyib.

"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən fikirlər və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir.  İstənilən halda araşdırma tələb edən məsələdir".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO