Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı AÇIQLANDI

Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı AÇIQLANDI

142514

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2 624 vakansiya təqdim olunub.

Bizim.Media İdarədən verilən məlumata istinadən xəbər verir ki, onlardan 2 184 nəfəri işə qəbul edilib.

Bunlardan 804 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 148 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 232 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 384 ixtisaslı kadr dəvət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO