AQTA-nın yeni veb-saytı istifadəyə verilib

AQTA-nın yeni veb-saytı istifadəyə verilib

Hazırda oxunan: AQTA-nın yeni veb-saytı istifadəyə verilib

142465

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yeni veb-saytı (www.afsa.gov.az) istifadəyə verilib. 

Bu barədə Bizim.Media-ya AQTA-dan bildirilib. 

Qeyd edilib ki, Agentliyin rəsmi internet saytı fərqli tərtibatda yenidən işlənərək hazırlanıb.

İstifadəçilərin qida təhlükəsizliyi ilə bağlı məlumat və qərarları daha rahat əldə etməsi üçün yeni sayt sadə və interaktiv formada dizayn edilib.

Belə ki, Agentliyin əsas funksional istiqamətlərinə uyğun olaraq, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də idxal-ixrac əməliyyatları, qida zəncirinə nəzarət, qeydiyyat və təsdiq prosesi, e-xidmətlər, qanunvericilik, normativ hüquqi aktlar, tələb, qayda və qərarlar və sair istiqamətlərə aid bölmələr, alt bölmələr veb-saytda yer alıb. Eyni zamanda, “Xəbərlər”, “Multimedia”, “Maarifləndirmə”, “Təbliğat-təşviqat” bölmələrində yerləşdirilən informasiyalarla yeni veb-sayt istifadəçilər üçün daha rahat və əlçatan olub. 

Bundan başqa, yenilənmiş www.afsa.gov.az saytında “E-xidmətlər”, AQTİS – “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi”, rəsmi qurumların və beynəlxalq təşkilatların veb-saytlarına birbaşa keçid təmin edilib.

“Aktual” bölməsində isə adından göründüyü kimi qida təhlükəsizliyi ilə bağlı günün aktual mövzularına birbaşa keçid etməklə, operativ məlumat əldə etmək mümkün olacaq. 
Yeni dizaynda istifadəyə verilmiş sayt məlumatların və yeniliklərin ictimaiyyətə operativ, rahat çatdırılmasında mühüm rol oynayacaq. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO