Ötən il 1 yaşadək ölən uşaqlar arasında ölüm səbəbləri AÇIQLANDI 

Ötən il 1 yaşadək ölən uşaqlar arasında ölüm səbəbləri AÇIQLANDI 

Hazırda oxunan: Ötən il 1 yaşadək ölən uşaqlar arasında ölüm səbəbləri AÇIQLANDI 

142463

Ötən il 1 yaşadək ölən uşaqların cəmi sayı 959 nəfər olub ki, bunlardan da 392 nəfəri perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən apa-nın sorğusuna cavab olaraq bildirilib.  

Qeyd edilib ki, tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 121, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından vəfat edənlərin sayı 91 nəfər, bəzi infeksion və parazitar xəstəliklərdən ölənlərin sayı 46, sinir sisteminin xəstəliklərindən ölənlərin sayı 43, həzm sisteminin xəstəliklərindən vəfat edənlərin sayı 14, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən vəfat edənlərin sayı 6 nəfər, digər səbəblərdən vəfat edənlərin sayı isə 246 nəfər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO