Bakı-Naxçıvan reysinin təyyarəsi eniş edə bilməyib geri qayıtdı - SƏBƏB 

Bakı-Naxçıvan reysinin təyyarəsi eniş edə bilməyib geri qayıtdı - SƏBƏB 

Hazırda oxunan: Bakı-Naxçıvan reysinin təyyarəsi eniş edə bilməyib geri qayıtdı - SƏBƏB 

142462

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. 

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO