Azərbaycanda qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.
Qanunun hazırki bəndi isə belədir:
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:09 / 20.06.2023
Azərbaycanda dərmanların baha satılması QADAĞAN OLUNUR
Hazırda oxunan: Azərbaycanda dərmanların baha satılması QADAĞAN OLUNUR
Hazırda oxunan: Azərbaycanda dərmanların baha satılması QADAĞAN OLUNUR
142338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.