Ölkə üzrə hazırda 2059 müəllim sertifikatlaşdırma prosesinin ilk sessiyasının bitirib.
Bizim.Media xəbər verir ki, imtahan ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub.
MÖVZU İLƏ BAĞLI:
Təlimlərdə 31 minə yaxın müəllim iştirak edib - RƏSMİ
İyunun 20-dən 23-dək ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, 8 min 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Qeyd edək ki, bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Bugünkü test imtahanı mərhələsində 4000-dən çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər iştirak edir.
Ümumilikdə isə iyunun 24-dək davam edəcək imtahanlarda iştirak üçün 28 min müəllim qeydiyyatdan keçib.
Alçina Amilqızı, Bizim.Media