Bölgələrdən Bakıya niyə onlayn bilet almaq olmur? – AYNA-dan narazılıqlara REAKSİYA  

Bölgələrdən Bakıya niyə onlayn bilet almaq olmur? – AYNA-dan narazılıqlara REAKSİYA  

Hazırda oxunan: Bölgələrdən Bakıya niyə onlayn bilet almaq olmur? – AYNA-dan narazılıqlara REAKSİYA  

142296

Əksər bölgələrdən Bakıya avtobusla səfər edənlər onlayn bilet ala bilmirlər. Bununla bağlı sosial şəbəkələrdə narazılıq artıb. 

Sərnişinlərin bildirdiklərinə görə onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə etmədiyindən bu məsələdə çətinlik çəkirlər.

Halbuki əksinə, Bakıdan demək olar ki, bütün bölgələrə işləyən avtobuslara onlayn bilet almaq həm mümkün, həm də rahatdır. Narazı sərnişinlər bölgələrdən paytaxta avtobusla səfər etmək üçün müvafiq portalın tezliklə işə düşməsini tələb edirlər. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, qurumun xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalı  fəaliyyət göstərir:
 

MÖVZU İLƏ BAĞLI:

Daha üç rayona onlayn bilet satışına BAŞLANILDI - RƏSMİ


“Hazırda sərnişinlər paytaxt Bakıdan 27 məntəqəyə və əks istiqamətə onlayn qaydada bilet alıb səfərlərini reallaşdıra bilirlər. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. 

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini isə “App Store” və “Google Play”dən yükləmək mümkündür”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO