87 yaşlı qadının digər ayağı da kəsildi

87 yaşlı qadının digər ayağı da kəsildi

Hazırda oxunan: 87 yaşlı qadının digər ayağı da kəsildi

142266
“İki gün əvvəl iltihablı sol ayağı kəsilməli olduğu halda həkim səhvi ucbatından sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Əliyevanın digər ayağı da amputasiya edilib”x9d. 

Moderator.az  xəbər verir ki, bu barədə ans press-ə ayağı kəsilən qadının qızı Sofilə Əliyeva məlumat verib. Bildirdi ki, əməliyyat səhər saat 08:10-da başlayıb və təxminən bir neçə dəqiqə əvvəl sona çatıb: “Cərrahiyyə əməliyyatını xəstəxananın baş həkimi Azər Şəmsəddinski özü elədi. Əməliyyat uğurlu keçib dedilər. Hazırda anam reanimasiya şöbəsindədir”x9d. Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski bildirdi ki, əməliyyat uğurlu keçib: “Əməliyyat bir saatdan çox davam etdi. Heç bir qan itkisi olmadı. Tərlan xanımın ayağı budun orta hissəsindən amputasiya edildi. Hazırda reanimasiya şöbəsindədir. Səhhəti barədə hələlik nə isə demək tezdir. Ancaq hələlik hansısa problem görünmür”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO