Naxçıvanda taxıl zəmisi YANIB - FOTO 

Naxçıvanda taxıl zəmisi YANIB - FOTO 

Hazırda oxunan: Naxçıvanda taxıl zəmisi YANIB - FOTO 

142244

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində taxıl zəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində taxıl zəmisində baş vermiş yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və ətraf sahələrə yayılmasına imkan verilməyib. 

Yanğın nəticəsində ümumi sahəsi təxminən 4 hektar olan taxıl zəmisinin 0,5 hektar biçilmiş və 0,3 hektar biçilməmiş hissəsi yanıb. 

Zəminin böyük hissəsi və bitişik sahələr yanğından mühafizə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO