Xəbər verdiyimiz kimi, dünən Biləsuvarda keçmiş polis əməkdaşı Bayram Oruc oğlu Bayramov qətlə yetirilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə rayonda 8 saylı qəsəbənin ərazisindəki kafedə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Keçmiş polisi qətlə yetirən qonşusu saxlanıldı
1983-cü il təvəllüdlü B.Bayramovla qonşusu, 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov arasında münaqişə baş verib. Nəticədə F.Həsənov həmyerlisini bıçaqlayaraq qətlə yetirib.
Qətlə yetirilən B.Babayevin keçmiş polis əməkdaşı olduğu bildirilir.
Onun və hadisənin baş verdiyi ərazinin fotolarını təqdim edirik:
Bizim.Media