Şəkidə yük maşını YANDI: Sürücü xəsarət aldı – FOTO  

Şəkidə yük maşını YANDI: Sürücü xəsarət aldı – FOTO  

Hazırda oxunan: Şəkidə yük maşını YANDI: Sürücü xəsarət aldı – FOTO  

142177

Şəkinin Kiçik Dəhnə kəndində yük maşınında yanğın olub. Yanğına ilkin olaraq sürücü müdaxilə etmək istəsə də, o, yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. 

Bizim.Media-nın yerli bürosu Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, Ağdaş rayon sakini, 30 yaşlı Vüqar Quliyeva məxsus quru ot bağlamaları ilə yüklənmiş "KAMAZ" markalı, 45-BF-041 dövlət qeydiyyat nişanlı yük avtomobilinə qoşulmuş 03-ZA-051 dövlət qeydiyyat nişanlı qoşquda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin Şəki rayon bölməsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində yük maşınının qoşqusunun yanar hissələri və qoşquya yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı avtomobilin sürücüsü Vüqar Quliyev bədən nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarəti aldığından rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Sürücüyə ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. Yaxınlıqdakı digər tikililər, ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO