Məcburi köçkünlər yataqxanadan köçürüləcək? — Nazirlər Kabinetindən CAVAB

Məcburi köçkünlər yataqxanadan köçürüləcək? — Nazirlər Kabinetindən CAVAB

Hazırda oxunan: Məcburi köçkünlər yataqxanadan köçürüləcək? — Nazirlər Kabinetindən CAVAB

14216

Ötən il ilkin olaraq Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin, ümumilikdə 9 yataqxana və 1 sanatoriya binasında məskunlaşan məcburi köçkünlər yeni yaşayış kompleksində mənzillərlə təmin olunublar.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, ilin sonunadək Bakı şəhərinin Qaradağ və Sabunçu rayonları ərazisində bu məqsədlər üçün bir neçə yaşayış kompleksinin istifadəyə verilməsi proqnozlaşdırılsa da böyük zəfərlə başa çatan Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin azal olunan ərazilərimizə Böyük Qayıdışın təmin edilməsi üçün görüləcək işlər ölkə rəhbərliyi tərəfindən veriləcək yeni göstərişlərə uyğun olaraq aparılacaq.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO