DİN-dən media subyektlərinə xəbərdarlıq: “Qərəzli məlumatları yaymayın”

DİN-dən media subyektlərinə xəbərdarlıq: “Qərəzli məlumatları yaymayın”

Hazırda oxunan: DİN-dən media subyektlərinə xəbərdarlıq: “Qərəzli məlumatları yaymayın”

142069

İnternet TV kanallarının birində polis əməkdaşlarının hərəkətləri ilə bağlı əsassız və həqiqətə uyğun olmayan iddialar səsləndirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, vətəndaş Vidadi Səmədovun narkotik aludəçisi olan övladları - əvvəllər CM-in 234-cü maddəsi ilə məhkum olunan Vüsal və Şahin Səmədovla bağlı səsləndirdiyi iddialarının hüquqi əsası yoxdur, yalandır, müdafiə məqsədi daşıyır.

Belə ki, mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra” markalı avtomobillə sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər.
Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər.

Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb.

Nəticədə avtomobildə olan V.Səmədov ayaq nahiyəsindən xəsarət alıb. Araşdırmalarla hadisə yerindən bir büküm narkotik vasitə olan heroin aşkarlanıb.

V.Səmədovun müalicəsi davam etdirilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

“Media subyektlərinin diqqətinə çatdırırıq ki, qərəzli, böhtan xarakterli məlumatları yayarkən diqqətli olsunlar, çaşqınlıq yaradan iddiaları tirajlamaqdan çəkinsinlər”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO