“İstanbul Konvensiyasına uyğun yeni Ailə Məcəlləsinin qəbul edilməsi ilə bağlı bizə təkliflər verilir, BMT Azərbaycana ultimatumlar göndərir, bunu qəbul etmirəm. Rusiya da bu təklifləri qəbul etmir. Bəs nə üçün Avropa Şurası, BMT bu məsələdə bizə təkid edir?”
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib:
MÖVZU İLƏ BAĞLI:
“Bəziləri buna mane olur” - Parlamentdə soyadların milliləşdirilməsinin müzakirəsi
“İstanbul Konvensiyasına uyğun yeni Ailə Məcəlləsinin qəbul edilməsi ilə bağlı bizə təkliflər verilir, BMT Azərbaycana ultimatumlar göndərir, bunu qəbul etmirəm. Rusiya da bu təklifləri qəbul etmir.
Bəs nə üçün Avropa Şurası, BMT bu məsələdə bizə təkid edir? Nə üçün Azərbaycanda feministlər Sinqapur modelini götürmürlər, ancaq Qərb dəyərlərini götürürlər?
Çünki onlar bizim ailə dəyərlərimizi məhv etmək istəyirlər. İstanbul Konvensiyasına uyğun olaraq, Azərbaycanda Ailə Məcəlləsinə dəyişik edilməsi yolverilməzdir. Dini qurumlara çağırış edirəm, Azərbaycanda ailə dəyərlərini qorumaq üçün lazımı işləri görsünlər.
Bunun qarşısında duruş gətirmək lazımdır. Üzdəniraq feministlərin tələblərini yerinə yetirmək mümkün deyil. İstanbul Konvensiyasını ilk olaraq Türkiyə qəbul edib. Nə dəyişdi?
Türkiyədə zorakılıqmı aradan qalxdı? Biz bu cür qanunlarla Ailə Məcəlləsinə dəyişiklik edə bilmərik. Bu, yolverilməzdir. Ailənin birinci müqəddəs vəzifəsi nəslin artırılmasıdır”.
Bizim.Media