Qaradağda yaşayış binasında yanğın: 8 sakin təxliyə edildi

Qaradağda yaşayış binasında yanğın: 8 sakin təxliyə edildi

Hazırda oxunan: Qaradağda yaşayış binasında yanğın: 8 sakin təxliyə edildi

142034

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavan 15 m² sahədə qarsalanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO