“Xaricdə təhsil proqramları çərçivəsində 19 ölkənin 105 ali təhsil müəssəsində 917 nəfər tibb təhsili alıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.
Nazir tibb təhsilinə hər zaman xüsusi diqqət yetiririldiyini vurğulayıb:
“Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda tibb təhsilinin kifayət qədər inkişafı müşahidə olunur. Burada bir neçə prinsip önəmlidir.
Ən vacib amillərdən biri tibb təhsilinin əlçatan olmasıdır. Yəni savadlı, bacarıqlı məzunlar həkimlik ixtisasını seçəndə maliyyə onlar üçün maneəyə çevrilməsin. Bu istiqamətdə son illər ərzində hər il dövlət sifarişli yerlərin sayı artırılmaqdadır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:41 / 17.06.2023
Nazir: “Xaricdə təhsil proqramları çərçivəsində 917 nəfər tibb təhsili alıb”
Hazırda oxunan: Nazir: “Xaricdə təhsil proqramları çərçivəsində 917 nəfər tibb təhsili alıb”
Hazırda oxunan: Nazir: “Xaricdə təhsil proqramları çərçivəsində 917 nəfər tibb təhsili alıb”
141962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.