“Novruz bayramında yolların qapadılması düzgün olmaz” - Fazil Mustafa

“Novruz bayramında yolların qapadılması düzgün olmaz” - Fazil Mustafa

Hazırda oxunan: “Novruz bayramında yolların qapadılması düzgün olmaz” - Fazil Mustafa

14187

“Hazırda əhalini düşündürən əsas məsələ Novruz bayramında Operativ Qərargahın hansı qərar qəbul edəcəyidir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən  iclasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək”


Deputat bildirib ki, insanlar arasında iş yerlərinin yenidən qapadılması ilə bağlı qorxu var.

“Burada yeni yanaşma qoyulmalıdır. Əsas hədəf insanların öz iş yerlərindən uzaqlaşmaması və kasıblaşmanın qarşısını almaqdır”.

F. Mustafa bildirib ki, bütün yerlərin qapadılması  yaxşı ənənə deyil. Onun fikrincə,  rayon yoların qapadılması da doğru olmaz:

“İnsanlar gedib hardasa özünü təcrid edib 10 gün istirahət edə bilər. Həm də bununla şəhərdə tıxac azalar. SMS icazə sistemi də tətbiq edilməsə yaxşı olar. Polislərin belə olanda işi çətinləşir. Çünki onlar SMS-i yoxlaya bilir, ancaq istiliyi yoxlaya bilmirlər. Kimsə də xəstə olsa polisləri də xəstələndirə bilir”- deyə o qeyd edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO