Separatçıya qəhrəman adı verildi

Separatçıya qəhrəman adı verildi

Hazırda oxunan: Separatçıya qəhrəman adı verildi

1417

Separatçı rejimin prezidenti Arayik Arutyunyan general-leytenant Cəlal Arutyunyana Vətənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində göstərdiyi cəsarətinə və hünərinə, eləcə də müstəsna xidmətlərinə görə  Qondarma Dağlıq Qarabağın “qəhrəman” -ı adını verib. 

Bizim.Media armenpress.am saytına istinadən xəbər verir ki,  Arayik Arutyunyan hesab edib ki, bu ad Ermənistan ordusunun  qəhrəmanlıq  mübarizəsinə verilən qiymətdir.

Onun fikrincə,  Azərbaycan xalqına qarşı  vəhşiliklər və saysız-hesabsız  terror törədən Ermənistan ordusunun həm komanda heyəti, həm də bütün bölmələri müharibənin ilk günündən yüksək peşəkarlıq və sədaqət nümayiş etdirib.

Qondarma prezident  Cəlal Arutyunyanı özlərinin qəhrəmanı adlandırıb  və gələcək nəsillərə nümunə göstərib. 

Cəlal Arutyunyanın səhhətinə gəlincə, A.Arutunyan həkimlərin dediklərinə görə, onun tezliklə sağalacağını bildirib: “ O, sağalma mərhələsindədir və tezliklə “vətənə” xidmətini davam etdirəcək. Əminəm ki, komandirin zəngin təcrübəsi və bilikləri uzun müddət bizə gərək olacaq.”

Xatırladaq ki, Cəlal Arutunyan döyüş mövqeyində ağır  yaralanıb. Oktyabrın 27-də isə o, separatçı rejimin müdafiə naziri vəzifəsindən azad edilib. Amma  erməni tərəfi Arutunyanın ölümü ilə bağlı yayılan məlumatları təsdiqləmir.

Aynur Nadirqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO