Neftçalada qəzada yaralanan motosikletçi öldü

Neftçalada qəzada yaralanan motosikletçi öldü

Hazırda oxunan: Neftçalada qəzada yaralanan motosikletçi öldü

141662

Neftçalada yol qəzasında yaralanan motosikletçi xəstəxanada öldü.  

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlu həkimlərin səyinə baxmayaraq, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.  

Xatırladaq ki, hadisə mayın 18-də H. Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi motosiklet Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi motosikletlə toqquşub. 
Qəza nəticəsində motosikletin hər iki sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir neçə gün bundan öncə Ə. Məmmədov da xəstəxanada ölüb.  

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO