Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət NECƏDİR? - FOTO

Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət NECƏDİR? - FOTO

Hazırda oxunan: Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət NECƏDİR? - FOTO

141541

Biləsuvar Rayon İcra Hakimiyyəti sel təhlükəsi ilə bağlı son vəziyyəti açıqlayıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki,  14.06.2023-cü il tarixdə gecə saatlarından başlayaraq İran İslam Respublikası ərazisindən təxminən 40-45 kubmetr/saniyə sürəti ilə böyük su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması nəticəsində  sel təhlükəsi yaranıb.

Sel sularının qarşısının alınması məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin və aidiyyəti idarə, müəssisə və təşkilatların  iştirakı ilə yaradılmış qərargahın rəhbərliyi ilə gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib.
Bolqarçay su anbarında yığılmış su kütləsi vaxtında boşaldılaraq daxil olan sel sularının  bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib. 

Bundan əlavə çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılıb. Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən yaşayış məntəqələrinin  əhalisi qabaqcadan məlumatlandırılıb.

Bu gün saat 06:00-dan başlayaraq çayda suyun səviyyəsi azalaraq normal vəziyyətə düşmüş və görülmüş tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və təlafata səbəb olmayıb.




Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO