Paytaxtda 176 nömrəli orta məktəbdə yanğın olub - FOTO

Paytaxtda 176 nömrəli orta məktəbdə yanğın olub - FOTO

Hazırda oxunan: Paytaxtda 176 nömrəli orta məktəbdə yanğın olub - FOTO

141529

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 176 nömrəli orta məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində üçmərtəbəli məktəb binasının zirzəmisində 20m² sahəyə yığılmış parta, şkaf və digər avadanlıqlar, o cümlədən zirzəmidən keçən elektrik kabelləri 7p.m. yanıb. 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının məktəb binasına keçməsinə imkan verilməyib. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO